Пятница, 24.11.2017, 15:46
Приветствую Вас Гость | RSS
Меню сайта
Поиск
Счетчик

Ищите Бога в себе!

Blog.az

 
 

Nizami Gəncəvi

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Məhəmməd Füzuli

"Nə yanar kimsə mənə atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadan qeyri”.
 
Edəməm tərk Fizuli səri kuyin yarın
Vətənimdir, vətənimdir, vətənimdir, VƏTƏNİM!
Çox dersə Fizuli ki, gözəllərdə vəfa var - 
Aldanma ki,  Şair sözü - Əlbəttə yalandır!

Xaqani Şirvani

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bir piyada olub düz getmək xoşdur 
Bir vəzir olub da əyri getməkdən.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Yaxşı adam pislik görür bu dünyaya gələndən,
Nə eyləsin dünya - Ancaq pislik gəlir əlindən!

İmadəddin Nəsimi

Bulmuşam həqqi, ənəlhəqq söylərəm.
Həqq mənəm, həqq məndədir, həqq söylərəm.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Seyid Əzim Şirvani

Mövti-cismanim ilə sanma mənim ölməyimi
Seyyida, ölmərəm, aləmdə səsim var mənim

Mirzə Ələkbər Sabir

Sanma əzdikcə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.

Qarışıqdır hələlik millətin istedadı, --
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Kim ki, insanı sevir, -- aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Abbas Səhhət

Könlümün sevgili cananı mənim
Vətənimdir,vətənimdir,vətənim.
Meni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nemək,
Vətəni məncə unutmaq,ne demek?
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim,dolanıb qanım olub,
O,mənim sevgili cananım olub.
Saxlaram gözlerim üste onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin nemeti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa - ol şəxsdə vicdan olmaz.

Molla Pənah Vaqif

Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Ömər Xəyyam

Meyxanəyə girəndə mən,
Alqışlarlar yerbəyerdən.
Ayıqlarçun mən sərsəməm,
Sərxoşlarçun peyğəmbərəm!

Sədi Şirazi

İki şey həyatımızı qaraldar:
- Susacaqkən danışmaq, danışacaqkən susmaq
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Sormadı ki bilsin, sorsa bilərdi. 
Bilmədi ki sorsun, bilsə sorardı.

Nazim Hikmət

O ağaran dan yerini görür ancaq, mən batan günəşi də,
Bu batan günəşi görür ancaq, mən ağaran dan yerini də. 

Bir xəbər gözləyirəm müjdəli,
Bəlkə də öldüyüm gün gəldi,
Mütləqa gələcək amma...

Vladimir Mayakovski

Bir at bir dəvəyə baxaraq dedi -
Nə yaman yekədir bu nataraz at,
Dəvəsə cavabında ona söylədi -
Sən məgər atsan?
İnkişaf etməmiş dəvəsən heyhat,
Yalnız qadir ALLAH bilirdi onlar
Müxtəlif cinsdəndir, açıq aşikar!
Məmməd Rahim
Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun mərmərmidir?
Sənə axar su deyim? suyu dayandırarsan.
Atəşmi adlandırım? alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Nusret Kesemenli -  biri vardı, biri yox
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə evlən dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: biri vardı, biri yox…
Məmməd İsmayıl - Hələ yaşamağa dəyər bir az da...
 
Meşə cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bəhrələnibdir.
Necə gözəl olub təbiətAllah -
Quru kötüklər  pöhrələnibdir!
Gəzmək istəyirəm dünyanı yazda -
Hardasahardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
 
Təkliyi keçmişə ötürməliyəm,
Ömrümə bir yoldaş gətirməliyəm, -
Bacım arzudadı,
Anam murazda.
Hardasahardasa məni sevən var,
Hələ yaşamağa dəyər bir az da.
 
Yollar eniş-yoxuş,
Bələn-bələndi,
Yollar
Min ildir kigedib-gələndi,
Təzəydi,
köhnəydi,
nəydibilmədim,
Talada cığırlar qafiyələndi
Bu gün Bethoveni çaldılar sazda,
Hardasahardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
 
Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünüb kisönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini  bilmək olar,
Hələ yaşamağa dəyər bir az da...
 

Vaqif Səmədoğlu

İri,
mavi mamont idim,
yer üzünün buz ömründə...
O vaxt nə Koroğlu vardı,
nə də Meri Pikford
nə Ləmbəranski, nə Henrix Ford.
O vaxt
sağ yox idi
sol yox idi
İşıqforlu yol uox idi.
Buz...
Dəniz...
Yenə buz...
Soyuq idi...
İri,
mavi mamont idim.
İndi...fortepiano müəllimiyəm.

Baba Pünhan

Dövrə ümid eylədik, dövran da it günündə,
Alim də it günündə, nadan da it günündə

Adam girir min dona, macal yoxdu şeytana,
Əsir düşüb insana, şeytan da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,
Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə.

MƏŞƏDİBABA

Sene cox can dedim "ey can " Can olub neyləmisən?
Deme canan ozune... Canan olub neyləmisən?

Demə imkanım olanda Səni mən yad edərəm.
O qədər fürsət olub, imkan olub, neyləmisen?

Mehdi Hüseyn

Yeraltı çaylar dənizə axır...

Elxan Qaraqan - Bir milyon dollarım olsaydı... 

Mənə insanların xoşbəxtliyindən danış...
Danişdıqlarına gül...
Güldüklərinə agla...
Utan ve sozlərini geri götür...

Əkrəm Əylisli 
Düzarxından Kotanarxa xeyli uzun yoldur, yaralı ceyran
Ya dərdimə bir çarə qıl, ya da məni öldür, yaralı ceyran.
Yedin - dadundı!
Verdin - adundı!
Qaldı - yadındı!
 
Dağ adamı = xəstə edər sağ adamı
 
 
Qəribliyə düşmüş aşıq-
Əldən yerə düşmüş qaşıq.
Bir hava çal, qanadlandır,
Uçaq gedək, yol azmışıq.

Həyətdə futbol oynayarkən

Uşaq var deyir - kim mənnən,

uşaq var deyir - mən kimnən? 

Hikməti Loğman

Adam var - bilir ki, bilir,
Adam var - bilmir ki, bilir.
Adam var - bilir ki, bilmir,
Adam var - bilmir ki, bilmir! 

Müştəba

Sən bilirsən - Sən nəsən?
Sən bilmirsən Sən nəsən.
Sən bilsəydin Sən nəsən,
Sən bilərdin Sən nəsən!
Kar dedi:    -səs gəlir, deyəsən gəlirlər,
Kor dedi:    - odu e...gəlirlər,
Çolaq dedi: -durun qaçaq,
Lüt dedi:     -birdən gəlib bizi soyarlar aaa...
 

Əliqulu Səlyanski

Nə baxırsan mənim kimi,
Mən də baxırdım sənin kimi,
Sənə də baxarlar sənin kimi!

Yer kürəsini saxlayın, düşürəm...  - Vaqif Səmədoğlu.

 28.01.2015.  O düşdü, yer kürəsi hələ ki, fırlanır. 
O yatır... Qovmuşsa da, tale qəddarcasına.
Yaşamış... Atmışsa da, fələk qəm dəryasına.
Öldü. Vaxtı çatanda əcəl apardı onu.
Necə ki axşam çökür, yetir gündüzün sonu.


-Viktor Hüqo - "Səfillər".

          Elçin

Axtarıram düzlüyü dünyada mən,
Ağlım kəsəndən  gəzirəm sadə mən.
 
Nizami
Bəşər oğlu taparmı, arasa ədaləti ?
Zümrüd quşu apardı, dağlara ədaləti.